Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Serbiya Respublikasının “Agrounik” şirkətinin nümayəndələri ilə görüşüb. Mərkəzin direktoru qonaqlara son illər həyata keçirilən aqrar islahatlar haqqında geniş məlumat verib. Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutları, eksperimental təcrübə stansiyaları, dayaq məntəqələri, yardımçı təsərrüfatlar, eyni zamanda regional aqrar elm mərkəzlərinin fəaliyyəti haqqında serbiyalı qonaqlara geniş informasiya verilib.
Nümayəndə heyətinin rəhbəri Uros Djordjevic təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Qonaq bildirib ki, “Agrounik” şirkəti biotexnologiya sahəsində elmi-tədqiqat işləri aparmaqla yanaşı, üzvü gübrə və bitki mühafizə dərmanlarının istehsalı ilə məşğuldur. Bu bioloji pereparatlar bir neçə funksiyanı özündə birləşdirməklə bitkilərdə qısa vaxtda boy və məhsuldarlıq göstəricilərini yaxşılaşdırır, eyni zamanda məhsulun əldə olunmasına xərclənən maya dəyərini xeyli aşağı salır.
Görüşdə gələcək elmi əməkdaşlığın istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024