İsmayıllı rayonunun Talıstan kəndi ərazisində yerləşən kartof əkini sahəsində “Kənd Təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən mühafizəsi ilə əlaqədar tətbiq edilən kimyəvi preparatlarla işləmə zamanı təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda kənd təsərrüfatı idarəsinin, bitki mühafizə mərkəzinin mütəxəssisləri, aidiyyəti mütəxəssislər və fermerlər iştirak ediblər.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov və bitki mühafizə mərkəzinin rəisi Akif Əsədov rayonda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar bölmədə mövcud vəziyyət, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, yüksək məhsuldarlıq üçün görülən işlərdən danışıblar.
Seminarda Kənd Təsərrüfatı bitkilərinin, xüsusi ilə də kartof bitkisinin becərilməsində mütərəqqi və innovativ texnologiyaların əhəmiyyəti barədə danışılıb və fermerlərə pestisidlərlə işləmə qaydaları əyani surətdə göstərilib. Bildirilib ki, pestisidlərin tətbiqi zamanı işçilər xüsusi geyimlərlə təmin edilməli, kimyəvi mübarizə aparılan əraziyə xəbərdaredici nişanlar və plakatlar vurulmalıdır. Pestisidlərlə işləyən şəxslər onun xüsusiyyətləri, toksiklik dərəcəsi, məsarif norması, istifadə sayı haqqında tam məlumatlı olmalıdırlar. Onun tətbiqi zamanı qonşu ərazilərin və sahələrin sahibləri, torpaq mülkiyyətçiləri, fermerlər ərazidə aparılan kimyəvi mübarizə və texniki təhlükəsizlik tədbirləri ilə qabaqcadan məlumatlandırılmalıdır. İşçi məhlulu hazırlanarkən və tətbiq edilərkən ərazilərə uşaqların, xəstələrin, hamilə qadınların buraxılması qəti qadağandır.
Seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024