Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli rayonlarının ardınca növbəti səyyar satış mart ayının 9-da Astara rayonunun Kijəbə qəsəbəsində baş tutub.
Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.
Astara rayonunda keçirilən səyyar satış zamanı Kijəbə və ətraf 12 kənd üzrə 102 vətəndaş müraciət edərək onlardan 72 vətəndaş səyyar satışdan güzəştli şərtlərə gübrə əldə edib. Astarada keçirilən səyyat satışda 16,7 ton ammonium nitrat, 2,6 ton ammonium sulfat, 2,2 ton nitroammofoska gübrəsi satılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024