“Aqrolizinq” ASC cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün fermer, mexanizator və kənd sakinlərinin maarifləndirilməsi ilə bağlı regionlarda görüşləri davam etdirir. Bununla yanaşı, bölgələrdə biçinin gedişi ilə bağlı monitorinqlər aparılır.
Salyan və Neftçala rayonlarından sonra Biləsuvar, Beyləqan və İmişlidə sahələrdə biçinin gedişi ilə bağlı fermelərlə görüş keçirilib. Görüşdə "Aqrolizinq" ASC-nin sədri Elmin Rəhmanov fermer və kənd sakinlərinin problem və şikayətləri dinləyib, onların həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib. Biçini həyata keçirən mezanizatorlara tövsiyə və tapşırıqlarını verib. Görüşdə taxıl biçini mövsümündə həyata keçiriləcək tədbirlər barəsində sakinlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, regionlarda taxıl biçininə hazırlıqla bağlı görüşlər və monitorinqlər davam etdirilir. Məqsəd taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsinə nail olmaqdır. Həmçinin, fermer və kənd sakinləri ilə daha yaxın ünsiyyətin qurulması, onların problem və şikayətlərinin yerindəcə aradan qaldırılması və ya həlli istiqamətində tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin aparılması da görüşün əsas məqsədlərindəndir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024