Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-tədqiat İnstitutunun əməkdaşı, aparıcı elmi işçi Mehdi Mehdiyev tərəfindən Saatlı, Sabirabad, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binasında fermerlər üçün “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilib. Təlimlərdə taxılçılıqla məşğul olan 69 nəfər fermer iştirak edib.
Təlimlərdə taxılçılıqda yüksək və keyfiyyətli məhsul alınmasını təmin etmək üçün erkən yazda və vegetasiya müddətində azot, fosfor və kalium gübrələrinin vaxtında və aqrotexniki tələblərə uyğun verilməsi qaydaları, həmçinin bitkilərə vegetasiya müddətində digər zəruri aqrotexniki qulluq işlərinin həyata keçirilməsi və s. məsələlər ətraflı olaraq izah edilib.
Sonda geniş fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb, onlar tərəfindən qaldırılmış problemlərə aydınlıq gətirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024