Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. İyulun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2643842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1012655,9 tonu arpa, 1631186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.
Biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir.
Biçin davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024