Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin təlim müvəkkilləri ilə onlayn iclası keçirilib.
İclasda İnsan resursları şöbəsinin Təlim və inkişaf sektorunun təşkilatçılığı ilə 2020-ci il ərzində Dövlət Aqrar İnkişaf Mərkəzləri və Nazirliyin tabeli qurumlarının əməkdaşları üçün təşkil olunan təlimlərlə bağlı hesabatlar dinlənilib.
Onlayn iclasda maarifləndirmə tədbirlərinin ən mühüm tərkib hissələrindən biri olan təlimlərin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və səsləndirilən təkliflər qeydiyyatda alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev bildirib ki, maarifləndirmə məqsədilə təşkil olunan təlim və tədbirlər əməkdaşların karyera və şəxsi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Aparat rəhbərinin müavini əlavə edib ki, iclasda səsləndirilən təkliflər nəzərə alınacaq, işçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlər davam etdiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024