Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin(AXA) rəhbərliyi və mütəxəssisləri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirakı ilə Xaçmaz və Lənkəran rayonlarının tərəvəz sahələrində növbəti monitorinq aparılıb.
Monitorinq iştirakçıları bir neçə tərəvəzçilik təsərrüfatlarında olub, tərəvəz, xüsusi ilə pomidor sahələrinə baxış keçiriblər. Baxış zamanı sahələrdə xəstəlik və zərərvericilərlə sirayətlənmə halları müşahidə edilməyib, buna baxmayaraq əlaqədar fermerlər arasında maariflənmə işləri aparılıb. Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi tərəfindən fermer və sahibkarlara müvafiq məsləhət və tövsiyələr verilib.
Aparılmış monitorinqlərin nəticəsinə əsasən Xaçmaz rayonun sahələrindən bol pomidor məhsulunun istehsalı gözlənilir. Hal-hazırda pomidor məhsulları yetişmə fazasındadır. Növbəti həftələrdə Bakı şəhərinin bazarlarına bol məhsulun çıxarılması gözlənilir.
Qeyd edək ki, Xacmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” sortları becərilir. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür.
Monitorinq və maarifləndirmə tədbirləri davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024