Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Aqrar sahə müasir yeniliklərin bir addımında” mövzusunda elmi-praktik konfrans keçirilib.
İnstitutun direktoru Elmar Allahverdiyev konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan dövlətinin qayğısı və dəstəyi nəticəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu üçün bütün şəraiti olan inzibati bina tikilib və istifadəyə verilib. Elmar Allahverdiyev qeyd edib ki, inzibati binada alim və mütəxəssislərin işləməsi üçün müasir texniki avadanlıqlarla təhciz olunmuş laboratoriyalar var.
Tədbirdə çıxış edənlər hazırda aqrar sahədə innovasiyaların tətbiqinin son dərəcə vacib və önəmli olduğunu vurğulayıblar.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasının müdiri Şaban Maqsudov “Biotexnologiya üsullarından istifadə etməklə kartof bitkilərindən sağlam əkin materialının alınması” mövzusunda təqdimatla çıxış edib. Şaban Maqsudov bu üsulun tətbiqi nəticəsində respublikamızın sağlam kartof toxumuna olan ehtiyacının ödənilməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Daha sonra konfrans iştirakçıları institutun ərazisində inşa edilmiş böyük istixana kompleksi ilə tanış olublar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024