Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış “Tərəvəzçilik Ensiklopediyası” adlı fundamental kitabın təqdimatı keçirilib.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev tədbiri giriş sözü ilə açaraq kitabın elmi yenilikləri haqda məlumat verib. Bildirib ki, “Tərəvəzçilik ensiklopediyası” kitabında tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu sayda termin və anlayışların izahları verilib. Ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və onlarla əlaqəli digər sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən mənbələrdən və sorğu kitablarından, dərsliklərdən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib. Tərəvəzçiliyin çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələri ilə əlaqəli olan terminlər və onların izahı da ensiklopediyaya daxil edilib.
Ensiklopediyada həmçinin, yarandığı ilk gündən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının tərəvəzçilik, bostançılıq və kartofçuluq üzrə müxtəlif mövzularda apardığı elmi-tədqiqat işləri, xüsusən də bu bitkilərin seleksiyası və toxumçuluğu sahəsində görülən işlər - yaradılmış sortlar, onların təsviri, biomorfoloji xüsusiyyətləri, aprobasiyası, toxumçuluğu və aqrotexnikası haqqında ətraflı məlumat verilib. Ensiklopediya tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların əməkdaşları, doktorantlar, bakalavrlar, magistrantlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Sonda tədbir iştirakçıları İnstitutun fəaliyyəti haqqında hazırlanmış videoçarxı izləyiblər.
Qeyd edək ki, Azərbaycan aqrar elmi tarixində ilk dəfə tərəvəzçilik sahəsi üzrə hazırlanmış ensiklopediyanın həmmüəllifləri Elmar Allahverdiyev, Əlamdar Əsgərov, Əlisoltan Babayev, Şakir Quliyev və Fəxrəddin Ağayevdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024