Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Tərtər Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi”nə həsr edilmiş respublika müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elkmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Milli Aviasiya Akademiyasının alim və mütəxəssisləri ilə yanaşı, fermerlər, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov cari təsərrüfat ilində rayonda əkin sahələrinin mövcud vəziyyəti, biçinin gedişi, qarşıda duran vəzifələr barədə danışıb. İcra başçısı kənd təsərrüfatının, xüsusən də taxılçılıq sahəsinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu qeyd edib. Müstəqim Məmmədov kənd təsərrüfatında məhsuldarlığın artırılması və rəqabətqabiliyyətli məhsul istehsalında elmi-tədqiqat institutlarının, Aqrar Sənaye Kompleksinin inkişafında informasiya məsləhət xidmətinin rolu və digər məsələlərə toxunub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Əkinçilik Elmi-Tədqiqat İnstitutunun taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. O, respublikada taxıl biçini ilə bağlı görülən işlər, taxılçılıq sahəsində aparılan elmi-tədqiqatların əsas strateji istiqamətləri və tədqiqat prioritetləri barədə danışıb.
Milli Aviasiya Akademiyasının konstruktor bürosunun əməkdaşı, texnika elmləri doktoru Ənvər İsayev “Ozonlaşmanın dənli bitkilərin səpin keyfiyyətinə təsiri” mövzusuna toxunub. O, taxılçılıqda məhsuldarlığın artırılması və ekoloji təmiz saxlanmasında innovativ ozonlaşdırma texnologiyasının səmərəliliyi, bu sahədə Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə bağlanılmış əməkdaşlıq müqaviləsi haqqında tədbir iştirakçılarına məlumat verib.
Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova və digər məruzəçilər tədbirin gündəliyinə uyğun olaraq yeni rayonlaşmış və perspektiv buğda, arpa sortları, yeni resurs mühafizəedici innovativ texnologiyalar, nümunəvi əkinlərin üstünlüklərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb və əyani şəkildə nümayiş etdirib.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb və sahə nümayişi keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024