Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə Tərtər rayon Gənclər Mərkəzində “Tut ipəkqurdunun bəslənməsinə dair aqrozootexniki tövsiyyələr” mövzusunda təlim keçirilib.
Təlim kümçülərin bilik və bacarıqlarını artırmaq, onlara müvafiq tövsiyələr vermək, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərmək məqsədi ilə təşkil olunub.
Təlimdə iştirak edən mütəxəssislər baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini veriblər. Tədbirdə baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğu vurğulanıb.
Bundan başqa kümçülərə Tərtər DAİM-in əməkdaşları tərəfindən maarifləndirici materiallar, barama qurdunun xəstəlik və zərəvericilərinə qarşı mübarizə tədbirlərini əks etdirən bukletlər, məlumat kitabçaları paylanıb. Həmçinin, təlim çərçivəsində ipək qurdunun bəslənməsi qaydalarından bəhs edən məlumatlandırıcı film nümayiş olunub.
Yığıncaqda ötən illərdə yüksək məhsuldarlıq əldə etmiş kümçülər çıxış edib. Təlimin sonunda kümçüləri maraqlandıran suallara ətraflı cavab verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024