Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində (RAEİM) “Yerli pambıq sortlarının məhsuldarlığı və gübrələrin suvarmaya uyğunlaşdırılaraq verilməsinin iqtisadi təsirləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda alimlər, Ağdam, Yevlax, Goranboy, Bərdə və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, pambıqçılıqla məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.
Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Elçin Xəlilov cıxış edərək “Tədqiqtçı-fermer münasibətlərinin yaradılmasında elmi-tədqiqat institunun rolu” haqqında danışıb. O qeyd edib ki, institutun əməkdaşları mütəmadi olaraq rayonlarda fermerlərlə görüşərək təsərrüfat sahiblərinin pambıqçılıqla bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici söhbətlər aparırlar.
İnstitutun Seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev məruzəsində Azərbaycanda pambıqçılığın inkişafında nümayişə çıxarılan sortların iqtisadi-təsərrüfat əhəmiyyəti barədə fermerləri məlumatlandırıb. İnformasiya təminatı və elmi nəticələrin tətbqi şöbəsinin müdiri Mahirə Vəliyeva “Gübrələrin suvarmalara uyğunlaşdılılaraq verilməsinin pambığın məhsuldarlığına təsiri”, Entomologiya şöbəsinin müdiri Kazım Huseynov isə pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə üsüllarından geniş bəhs edib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Natiq Musayev tədbir iştirakçılarına Tərtərdə pambıqçı fermerlərin çətinliklərinin həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat verib.
Sonra tədbir iştirakçıları Tərtər RAEİM-nin təcrübə sahəsində yerli sortların nümayiş əkinləri ilə tanış olublar, fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı barədə ətraflı məlumat verilib, aqrotexniki qaydalarla bağlı suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış çoxsaylı marifləndirici tövsiyələr və məlumatlandırıcı bukletlər paylanılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024