Regionlarda pambıqçılığın inkişafı və pambıq yığımınadək nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti müvafiq tədbirlər həyata keçirir. Bunlardan biri Kürdəmir rayonunu əhatə edib. Qurumun müfəttişləri bu rayon üzrə pambıq və pambıq məhsulları istehsalı, tədarükü, emalı və satışı ilə məşğul olan \"MKT İK\" MMC-nin balansında olan 85 ədəd nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirib. Müasir cihazlardan istifadə edilməklə həyata keçirilən proses zamanı texnikaların istismara yararlı vəziyyətdə olduğu müəyyən edilib. Eyni zamanda dövlət texniki baxışına təqdim edilməyən və pambıqçılığın becərilməsi, yığılması və daşınmasında istifadə olunan \"MKT İK\" MMC-nin balansındakı nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə saxlanılmasına dair MMC-nin rəhbərliyinə tövsiyələr edilib, bu sahədə nəzarətin gücləndirilməsi haqqında regional bölmələrin müfəttişlərinə göstəriş verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024