Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində regional seminar keçirilib. Seminarda Ağstafa, Qazax, Şəmkir və Tovuz rayonlarından olan kümçülər iştirak ediblər. Tədbirdə “Tut ipəkqurdunun bəslənməsinin düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi” mövzusu ətrafında Qax Damazlıq Stansiyasının direktoru və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları təqdimatla çıxış ediblər.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında 2017-2021-ci illərdə baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib və bu proqramda Kənd Təsərrüfatı Nazirliyinə baramaçılığın inkişafı ilə əlaqədar tapşırıqlar verilib.
Cari ildə Dövlət Proqramının 8.2.4 və 8.5.2 bəndlərinin icrası ilə əlaqədar baramaçılıq rayonlarında kümçülərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının cari mövsümdə daha da artırılmasını təmin etmək məqsədi ilə mütəmadi olaraq “Tut ipək qurdunun bəslənməsinin düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi”nə həsr edilmiş regional seminarlar keçirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024