Tovuz rayonunun aran ərazilərində torpaq mülkiyyətçilərinə məxsus kartof əkini sahəsindən toplanmış ərzaqlıq və toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi ilə 80 kq “Bassilus Thuringiensis 32000 LUVP” bioloji preparatından istifadə edilməklə, dövlət büdcəsi vəsaiti hesabına bioloji mübarizə işləri həyata keçirilib.
Qeyd edək ki, fermerlər kimyəvi mübarizə tədbirlərinə nisbətən bioloji mübarizə üsullarına daha çox üstünlük verilər. Çünki kimyəvi mübarizə çərçivəsində kimyəvi preparatın tətbiqi zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə halları baş verir. Ancaq bioloji mübarizənin tətbiqi insan sağlamlığına heç bir təhlükə yaratmır və zəhərlənmə halları baş vermir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024