Kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərində aprobasiyanın aparılmasına başlanıb.
Aqrar Xidmətlər Agentliyi Aqrar Elm və İnnovasiya Mərkəzi ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların təsərrüfatlarında, eləcə də özəl toxumluq təsərrüfatlarında aprobasiyanın aparılmasını məhsul yığımına 10 gün qalmış başa çatdıracaq.
Aprobasiyası aparılan bitki sortlarının toxumluq əkin sahələri, reproduksiyaları haqqında, aprobasiyanı həyata keçirən aprobatorlar, eləcə də toxum partiyalarından nümunə götürən məsul şəxslər hər bitki qrupu üzrə aprobasiya getdikdən sonra yekun məlumatları komissiyaya təqdim edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Mötəsim Əhmədov, Laboratoriya, Ekspertiza va Sertifikatlaşdırma Mərkəzinin rəhbəri Rəşad Vahabzadə və digər şəxslərin təmsil olunduğu komissiya toxumluq sahələrdə monitonqlərə başlayıb.
Komissiya üzvləri Qobustan, Şəki, Tərtər, Kürdəmir və bölgələrdə yerləşən stansiyalarda, özəl təsərrüfatlarda sahələrə, sərgi və nümayiş əkinlərinə baxış keçərərək sort nümunələrinin marfoloji əlamətlərini, inkişaf dinamikasını təhlil ediblər. Yerli və intraduksiya olunmuş sort və sort nümunələrinin adaptasiya xüsusiyyətləri təhlil olunub.
Monitorinq davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024