Ukraynanın paytaxtı Kiyev şəhərində TAİEX (Avropa Komissiyasının Texniki Yardım və Informasiya Mübadiləsi), Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş direktorluğunun ilə təşkilatçılığı ilə “Heyvanların transsərhəd xəstəlikləri\" mövzusunda beynəlxalq seminar keçirilib.
Seminar Avropanın qonşu ölkələri arasında heyvanların transsərhəd xəstəliklərinə qarşı mübarizə və profilaktika istiqamətində biliklərin paylaşılmasına, gələcək əməkdaşlığın inkişafı və nəzarət potensialının yaradılmasına kömək məqsədi ilə təşkil edilib.
Tədbirə Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində həyata keçirilən \"Şərq Tərəfdaşlığı\" proqramına daxil olan ölkələrin nümayəndələri dəvət olunublar.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər müvafiq mövzular üzrə məlumatlar veriblər. Tədbirdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Turan Məmmədzadə “Azərbaycandakı epidemioloji vəziyyət” və “Quduzluq və bruselyoz xəstəlikləri ilə bağlı mövcud vəziyyət”ə dair təqdimatlar edib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024