Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 1 iyun 2018-ci il tarixində Tərtər rayonunda “Dənli bitkilərin toxumluq əkin sahələrində aprobasiyanın aparılması” və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri, regional toxum sertifikatlaşdırma laboratoriyalarının və onların müvafiq rayonlar üzrə baş aqronomları, Əkinçilik Elmi-tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının toxumçu alimləri, Tərtər Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri, bölgənin özəl toxumçuluq təsərrüfatlarının rəhbərləri və digər müvafiq təşkilatların nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd toxum istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarının toxumluq əkinlərində aprobasiya aparacaq mütəxəssisləri aprobasiyanın aparılma qaydaları ilə tanış etmək olub.
Eyni zamanda Dövlət Xidmətinin rəhbərliyi tərəfindən aprobasiyanın optimal müddətdə, şəffaf və səmərli şəkildə yerinə yetirilməsi ilə bağlı mütəxəssislərlə müzakirələr aparılıb və aprobatorlara müvafiq tapşırıqlar verilib.
Tədbirin sonunda aprobasiya aparacaq baş aqronomlara müvafiq vəsiqələr təqdim olunub.
Tədbir iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcürbə Stansiyasında yeni yaradılmış və dövlət qeydiyyatına alınmış taxıl sortlarına və onların elit toxum istehsalının təşkilinə baxış keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024