Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ( AXA ) baytarlıq mütəxəssislərinə Türkiyənin “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin ixtisaslı nümayəndələri və İstanbul Universitetinin Sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz tərəfindən təlimlər keçirilir. Təlimlərin keçirilməsində məqsəd Türkiyədən alınmış baytarlıq preparatlarının heyvanlarda tətbiqinə dair müasir peyvəndləmə üsulları barədə bilgilər verməkdir.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, son illərdə kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, baytarlıq sahəsində də köklü dəyişikliklər aparılıb. Baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, xüsusi təhlükəli xəstəliklərə qarşı tətbiq olunan preparatların keyfiyyətinin daha da yaxşılaşdırılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Türkiyədən alınmış baytarlıq preparatlarının heyvanlar üzərində müasir profilaktik peyvəndləmə üsullarının tətbiqi ilə bağlı bilgilərin verilməsi, baytarlıq mütəxəssislərinin peşəkarlığının artırılması üçün keçirilən təlimlər böyük əhəmityyət kəsb edir.
“Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin rəhbəri AbdullahTutak əməkdaşlığa görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirərək qeyd edib ki, nazirliyə təqdim olunmuş vaksinlərin müasir metodlarla tətbiqi heyvan xəstəliklərinə qarşı mübarizədə böyük effekt verəcək.
İstanbul Universitetinin sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz “Vetal Hayvan Sağlığı Ürünleri” şirkəti olaraq 20 illik səmərəli təcrübəni bölüşməkdən məmnun olduğunu deyib.
Təlim iştirakçılarına “Qarayara (34F2 ştammı) və nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin (Neetling ştammı) yaranma tarixi və təsnifatı”, həmçinin “Müasir profilaktik peyvəndləmə üsulları”, “Genetik olaraq hazırlanmış və rekombinant peyvəndlər”, “Canlı və inaktiv peyvəndlərin tətbiqi” və “Heyvanların bəslənməsində müasir texnologiyalar” mövzularında bilgilər verilib.
Təlimlərdə baytarlarla fikir mübadiləsi, həmçinin gələçəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Təlimdə 64 rayonun baytarlıq idarələrinin mütəxəssisləri iştirak edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024