Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə fermerlərə “Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib.
Təlim Balakən rayonu Qazbinə kəndində fermer Dadayeva Ayparə Şaban qızının təsərrüfatında, Virciniya və Berley tipli tütün sortlarından ibarət 16 ha sahədə baş tutub.
Təlimi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının “Əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Nərgiz Abdullayeva keçib.
Fermer və fərdi təsərrüfat sahiblərinə “Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusu üzrə təlim materialı geniş şəkildə çatdırılıb və praktiki olaraq sahədə göstərilib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, tövsiyə broşurları iştirakçılara təqdim olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024