Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün sahələrinə baxış keçiriblər. Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov yerli mütəxəssislərlə birgə sahələrdə aparılan becərmə işlərinin gedişatı ilə tanış olub, mövsümi aqrotexniki qulluq işlərinin düzgün təşkili ilə bağlı fermerlərə lazımi tövsiyələr verib və məhsul yığımına hazırlıq işlərinin təşkili səviyyəsini qiymətləndiriblər.
Nümayəndələr Balakən rayonunda yerləşən “Azərtütün ASK” MMC-yə məxsus sahədə becərilən yerli və xaricdən gətirilmiş 16 tütün sort nümunəsinin sınaq əkinlərinə də baxış keçiriblər. Ümumi qiymətləndirmə aparılaraq gələcəkdə ən yaxşı sort, hibrid və nümunələrin ölkəmizdə əkilməsi, təsərrüfatlarda yayılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib.
Müəssisədə bildirilib ki, artıq tezyetişən bəzi sortlar üzrə yığım prosesinə başlanıb. Bu günə qədər ilkin olaraq 350 tona yaxın yaş tütün yarpağı tədarük edilib. Sahələrin ilkin monitorinqini aparan nazirlik nümayəndələri cari təsərrüfat ilində ötən illə müqayisədə daha yüksək məhsuldarlıq əldə olunacağını bildiriblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024