Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda “Üzümün ampeloqrafik skrininqi” adlı kitab çapdan çıxıb. Kitab institutun “Ampeloqrafiya, seleksiya və tinglik” şöbəsinin müdiri, aqrar elmlər doktoru Vüqar Səlimov tərəfindən respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanıb.
Kitabda üzümkimilər fəsiləsinin təsnifatı, cins və növlərin xarakteristikası, üzümçülükdə sortöyrənmə və ampeloqrafik tədqiqatların mahiyyəti, dünyadakı üzüm kolleksiyalarının yaranma tarixi, fəaliyyəti və əhəmiyyəti, seleksiya və ampeloqrafik tədqiqatların istiqamətləri, üzümün morfologiyası, anatomiyası, biologiyası, fiziologiyası, üzüm sortlarının ampeloqrafik xüsusiyyətlərinin (botaniki, aqrobioloji, təsərrüfat-texnoloji, təsnifat) öyrənilmə üsulları, ampeloqrafik xüsusiyyət və əlamətlərinin OIV-nin beynəlxalq deskriptorları əsasında rəqəmsal kodlaşdırma üsulları, fenoloji mərhələləri və onların BBCH identifikasiya işarələri, perspektivliyin qiymətləndirilməsinin yeni modeli, interaktiv ampeloqrafiyanın nəzəri məsələləri müasir elmi nailiyyətlər əsasında şərh olunur.
Kitabda üzüm sort və formalarının ampeloqrafik əlamətlərinin öyrənilməsi, qiymətləndirilməsi və təsvirinin klassik və müasir metodları ətraflı şərh edilir. Dünyada üzümün ampeloqrafik və fenotipik əlamət və xüsusiyyətlərinin öyrənilməsində geniş istifadə edilən Beynəlxalq Təşkilatların (OIV, Bioversity İnternational, COST, BBCH və s.) müasir protokol və metodikaları verilib ki, bu da üzüm bitkisinin öyrənilməsində müasir üsulların əlçatanlığını təmin edir, onların mənimsənilməsinə və tətbiqinə geniş imkanlar yaradır.
Kitab ampeloqraflar, aqrotexniklər, seleksiyaçılar, entomoloqlar, fitopatoloqlar, enoloqlar, həvəskar üzümçülər, elm və təhsil müəssisələrində üzümçülük və şərabçılıq üzrə ixtisaslaşan tələbələr, magistrlər, doktorantlar və elmi işçilər üçün nəzərdə tutulub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024