Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (MÇETİ) təşkilatçılığı ilə Xaçmaz rayonunda “Çəyirdəkli meyvə bitkilərinin becərilmə texnologiyası və aqrotexniki qulluq tədbirləri” mövzusunda fermerlər üçün təlim keçirilib. Təlimdə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və fermerlər iştirak edib.
Təlimdə Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi Zəminə Sərhədova “Çəyirdəkli meyvə bitkilərinin becərilmə texnologiyası”, institutun mütəxəssisi Asif Kərimov “Çəyirdəkli meyvə bitkilərində aqrotexniki qulluq qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər. Çıxışlarda çəyirdəkli meyvə bağlarında budama və formavermə, müasir suvarma sistemləri və gübrələmə qaydaları barədə ətraflı məlumat verilib.
Təlimin sonunda keçirilən mövzu üzrə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara mütəxəssislər tərəfindən ətraflı izahatlar verilib.
İştirakçı fermerlərin öz bağ ərazilərindən gətirdikləri xəstəliklərlə sirayətlənmiş ağac budaqlarının nümunələri MÇETİ-nin əməkdaşları tərəfindən institutun İnteqrir mübarizə texnologiyaları şöbəsinə təqdim edilib. Bildirilib ki, nümunələrdən analiz götürülərək müəyyən edilmiş xəstəlik, onun xarakteristikası və ona qarşı inteqrir mübarizə tədbirləri üzrə onlara məsləhət və tövsiyələr veriləcəkdir.
Həmçinin vurğulanıb ki, hər bir fermer Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna müraciət edərək meyvəçilik sahəsində maraqlandığı mövzu üzrə məsləhətlər ala bilər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024