Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə Fermer Kartı paylanmasına başlanılıb. İlkin olaraq, cari ilin aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına Fermer Kartları Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişi əsasında Kapital Bank ASC tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.
Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər EKTİS üzərindən onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 min nəfərdən artıq fermer qeydiyyatdan keçib. Payızlıq əkinlərə görə subsidiya üçün müraciət etmiş fermerlərə Fermer Kartı paylanıb, subsidiya ödənişləri həyata keçirilib. Növbəti ildə payızlıq əkinlərə görə əkin subsidiyası almaq üçün bəyanlara cari ilin sentyabr ayından etibarən başlanacaq.
Hazırda yazlıq əkinlərlə bağlı monitorinqlər davam edir və nəticələrə uyğun olaraq ödənişlər həyata keçiriləcək. Eyni zamanda fermerlərin yazlıq əkinlərlə bağlı bəyan prosesi may ayının sonunadək davam edəcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024