Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Agro Dairy” şirkəti arasında onlayn qaydada əməkdaşlıq görüşü kecirilib.
İnstitutun direktoru Faiq Xudayev, direktor müavinləri Atif Zamanov, Şikar Əhmədov, Nizami Hümmətov və “Agro Dairy” şirkətinin kommersiya işləri üzrə müşaviri, satış departamentinin rəhbəri Əsəd Qurbanzadə arasında keçirilmiş onlayn müzakirədə mümkün əməkdaşlıq imkanları araşdırılıb.
Faiq Xudayev institutun fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, çörək və makaron sənayesinin tələblərinə uyğun yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işləri davam edir. Qarşılıqlı müzakirədə ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə birgə işlərin təşkili məsələləri müzakirə olunub. Fermerlərin bərk buğda istehsalına marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi, Əkinçilik ETİ-nin yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılmasının təmin olunması barədə razılığa gəlinib. Bunun üçün birgə nümayiş əkin sahələrinin yaradılması ilə bağlı razılığa gəlinib.
Ə. Qurbanzadə şirkətin fəaliyyət istiqamətləri haqda geniş məlumat verərək elmi-tədqiqat yönümlü əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024