Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən həftə ərzində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı Bərdə, Ağdam, Füzuli, Masallı, Qobustan, Gədəbəy, Zaqatala, Samux və Yevlax rayonlarında 57 kənd üzrə 1656 nəfərə 69 təlim keçirilib.
16 sentyabr – 18 oktyabr 2019-cu il tarixlərində təlimçi qrupları tərəfindən keçirilmiş 359 təlimdə 8356 nəfər iştirak edib. Təlimlərə fermerlərlə yanaşı, icra və bələdiyyə nümayəndələri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin regionlardakı tabeli qurumlarının əməkdaşları cəlb olunub.
Yeni subsidiya mexanizmi ilə bağlı fermerlərin məlumatlandırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024