Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən cari həftə ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı 2 rayonda (2 qrup) 734 nəfərə 29 təlim keçirilib. 16-27 sentyabr tarixlərində 9 rayonda 5 təlim qrupu tərəfindən yeni subsidiya qaydaları ilə bağlı keçirilən 94 təlimə 2563 nəfər cəlb edilib.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları tərəfindən avqust-sentyabr aylarında yeni subsidiya qaydaları ilə bağlı 1484 təlim keçirilib və təlimlərdə 22118 fermer iştirak edib.
Ümumilikdə yeni subsidiya qaydaları ilə bağlı təşkil olunan 1578 təlimə 24681 nəfər cəlb edilib.
Təlimlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün sualları ətraflı cavablandırılıb.
Yeni subsidiya mexanizmi ilə bağlı fermerlərin məlumatlandırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024