“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatla bağlı təlimçi qruplarının formalaşdırılması prosesi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov və Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Nazirlik əməkdaşları və ADAU rektoru İbrahim Cəfərovla birlikdə yeni təlimçi qruplar ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydalarının kənd təsərrüfatı istehsalçılarına izahı, bütövlükdə təlimlərin təşkilinin metodikası barədə ətraflı məlumat verilib, təlimçilərin nümunəvi təqdimatları dinlənilib, suallar cavablandırılıb, habelə rayonlar üzrə təlimlərin qrafiki müzakirə olunaraq təsdiq edili.
Qeyd edək ki, yeni təlimçi qrupları ADAU, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ), həmçinin Gəncə və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (RAEİM) əməkdaşlarından ibarət olub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024