Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən həftə ərzində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatla bağlı Bərdə, Ağcabədi, Salyan, Göyçay, Zərdab, Tərtər, Neftçala, Goranboy, Ağstafa, Qazax və Şəmkir rayonlarında 2586 nəfərə 130 təlim keçirilib.
16 sentyabr – 10 oktyabr 2019-cu il tarixlərində təlimçi qrupları tərəfindən keçirilmiş 290 təlimdə 6700 nəfər iştirak edib. Təlimlərə fermerlərlə yanaşı, icra və bələdiyyə nümayəndələri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin regionlardakı tabeli qurumlarının əməkdaşları cəlb olunub.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları tərəfindən avqust-sentyabr aylarında yeni subsidiya qaydaları ilə bağlı 1484 təlim keçirilib və təlimlərdə 22118 fermer iştirak edib.
Ümumilikdə mövzu üzrə 1774 təlimdə 28818 nəfər iştirak edib.
Yeni subsidiya mexanizmi ilə bağlı fermerlərin məlumatlandırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel 2024
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
26 Aprel 2024
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024