Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) yaradılmış xidmət pəncərələrində fəaliyyət göstərəcək əməkdaşlarla görüşlər keçirilib.
Görüşlər zamanı Nazirliyin Aparatının rəhbərinin müavini Elvin Paşayev əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə öz tövsiyələrini verib.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva “Etik davranış qaydaları” və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” mövzusunda, nazirliyin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı Departamentinin İnformasiya sistemlərinin inkişafı bölməsinin baş mütəxəssisi Orxan Hüseynov tərəfindən “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS)” mövzusunda təlimlər keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024