Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yeni elmi nəticə əldə olunub. Alimlər tərəfindən qışlıq “Qırmızı Cibir x Əyyubi” sortlarının tozlandırılmasından yeni sort alınıb.
Yeni sort “Sədəf” adlandırılıb. “Sədəf” qışlıq sortdur. Ağacı orta boylu, çətiri tərs piramida formasındadır. Hündürboylu calaqaltı üzərində 4-5 yaşında, vegetativ yolla artırılan calaqaltılar üzərində isə 2-3 yaşında məhsul verməyə başlayır. Sortun orta məhsuldarlığı hektardan 280-350 sentiner təşkil edir.
Meyvəsinin orta kütləsi 155-170 qram olub əsas rəngi sarımtıl-qırmızı, örtücü rəngi al qırmızı, ləti sarımtıl və şirəli, tamı turş-şirindir. Süfrə və sənaye əhəmiyyətlidir. Dequstasiya qiyməti 5 bal olan “Sədəf” qışlıq sortunu adi otaq şəraitində mart ayına kimi saxlamaq mümkündür. Tərkibində 9,5% quru maddə, 8,3% şəkər, 0,51% turşuluq, 5,41 mq/% “C” vitamini var. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Tozlayıcı sortları – “Qolden Delişes” və “Starkrimson” sortlarıdır.
İntensiv və superintensiv tipli meyvə bağlarının əkilməsi üçün yararlı sortlardan biri hesab olunur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024