Hər il olduğu kimi bu il də fevral ayından etibarən “Aqrolizinq” ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində Claas Dominator130, New Holland TC 4.90, Sampo 20165 markalı taxılyığan kombaynları idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlər təşkil olunub.
Təlimlərdə mexanizatorlara kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, texnikaların nizamlanması işləri, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunub.
Ümumilikdə təlim prosesinə 44 rayondan 291 nəfər cəlb olunub. Təlimin sonunda 6 mexanizator müvafiq imtahandan keçə bilməyib, 285 mexanizatora isə müvafiq markalı kombaynların idarə edilməsi üzrə sertifikat təqdim edilib.
Növbəti təlim aprel ayının 15-dən etibarən 6 gün müddətində Nova markalı taxılyığan kombaynı idarə edəcək mexanizatorlar üçün təşkil ediləcək.
Qeyd edək ki, təlimləri uğurla başa vura bilməyən, sertifikatı olmayan mexanizatorlarla “Aqrolizinq” ASC icarə müqaviləsi bağlamayacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024