Dövlət Toxum Fondu tərəfindən Stavropol vilayətindən gətirilmiş 180 ton quraqlığa və kəskin iqlim şəraitinə dözümlü elit “Qrom” və “Krasnodar 99” buğda toxumlarının satışı həyata keçirilib. Alıcılar ödənişi həyata keçirdikdən sonra yüksək məhsuldarlıqlı toxumları Şəki şəhərində yerləşən anbardan 2-3 oktyabr tarixlərində təhvil alıblar.
Toxumçuların və fermerlərin yüksək reproduksiyalı toxumlara olan tələbatlarını nəzərə alaraq toxumçuluq üçün nəzərdə tutulan elit toxumların gətirilməsi davam etdiriləcək. Bu məqsədlə artıq Stavropol vilayətində toxumçuluqla məşğul olan şirkət ilə 140 ton “Qrom” elit toxumunun gətirilməsi üçün müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə əsasən qeyd olunan toxum 15-17 oktyabr tarixləri ərzində ölkəyə daxil olacaq. Artıq toxum satışı ilə əlaqədar sifarişlər qəbul olunur.
Eyni zamanda Dövlət Toxum Fondu tərəfindən erkən əkilən (farac), yüksək məhsuldarlıqlı və birinci reproduksiyalı kartof toxumlarının gətirilməsi planlaşdırılır. Toxumların sifarişi artıq qəbul olunur və əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin “1652” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024