Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti 27-29 sentyabr tarixlərində Fransanın paytaxtında təşkil olunacaq “Parisdə beynəlxalq çay kəndi” (“Village des thés”) tədbirində iştirak edəcək. ASC-nin tədbirdə iştirakı Azərbaycanın Fransadakı səfirliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyası, eləcə də Paris Azərbaycan Evi təşkilatının dəstəyi ilə baş tutacaq.
“Parisdə çay kəndi” festivalında iştirakın əsas məqsədi Azərbaycan çay mədəniyyətinin, yerli istehsal olan qida məhsullarının, o cümlədən “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının ölkədən kənarda tanıdılması və yeni beynəlxalq əlaqələrin yaradılmasıdır. Parisdə Saint Sulpice meydanında keçiriləcək beynəlxalq festivalda Zaqatala çayı ilə bərabər digər yerli çay növləri, həmçinin, çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənəcək. Festivalda Zaqatala çayının və digər ədviyyatlı çayların, qida məhsullarının dequstasiyası da təşkil olunacaq.
Festival çərçivəsində ATT nümayəndə heyəti ixrac potensialı böyük olan yerli istehsal məhsulların ixracına dəstək məqsədi ilə müxtəlif görüşlər həyata keçirəcək. ATT nümayəndə heyətinin tərkibində “Zaqatala çayı” istehsalçısı fermer də festival çərçivəsində keçirilən görüşlərdə iştirak edəcək. Bu da qurumun kiçik və orta fermer təsərrüfatı sahiblərinin və yerli qida istehsalçılarının dostu olduğunun bariz nümunəsidir. Belə ki, “Aqrar Tədarük və Təchizat” ASC əsas vəzifələri ilə bərabər, həmçinin nizamnaməsindən irəli gələrək yerli qida istehsalçılarını məhsullarını ixrac etməyə təşviq edir və onların xarici bazarlara çıxmasına yardımçı olur. Bu günə qədər ATT-nin dəstəyi ilə yerli fermerlər Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Ukrayna, Rusiya, Nigeriya kimi ölkələrə məhsul ixrac ediblər.
Qeyd edək ki, “Parisdə beynəlxalq çay kəndi” tədbirinin açılış mərasimi 27 sentyabr 2019-cu il tarixində Parisin 6-cı rayonunun icra hakimi Jan Piyer Lökokun (Jean-Pierre Lecoq) və bir çox siyasi-ictimai xadimlərin iştirakı ilə baş tutacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024