Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramına uyğun olaraq son illər tütün bitkisinə aid əkin sahələri genişləndirilir. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi üçün fermerlərin yüksək məhsuldar və keyfiyyətli tütün sortları ilə təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, son illər yerli sortlarla müqayisədə xaricdən idxal olunan tütün sortları respublikanın müxtəlif bölgələrində daha geniş sahələrdə becərilir. Xaricdən idxal olunan tütün sortlarının yerli şəraitə uyğunluluğunu, xəstəliklərə davamlılığını və məhsuldarlığını müəyyən etmək üçün Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Qax Regional Mərkəzinin Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində sort-sınaq işlərinə başlanılıb. Məntəqədə 5 ABŞ, 4 Fransa, 3 Macarıstan və 2 ədəd Braziliya mənşəli sortun şitilləri sort-sınaq məqsədi ilə, həmçinin müqayisə üçün standart olaraq yerli “Zaqatala iriyarpaqlısı” sortu eyni sxem üzrə əkilib. Xarici tütün sortlarına aid əkin materialları Zaqatala rayonunda “Azər Tütün” MMC-yə məxsus istixanadan təhvil alınıb.
Təcrübələrdə hər sort 25 m2-də olmaqla 2 təkrarda əkilib. Sınaq müddətində metodikaya uyğun olaraq hər sort üzrə fenoloji müşahidələr, struktur ölçmələr və keyfiyyət analizləri aparılacadır.
Aparılan sort-sınaq işlərinin nəticələrinə əsasən fərqlənən tütün sortlarının növbəti ildə “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınması nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024