Zaqatalada fındıçılıqla məşğul olan fermer və sahibkarlara “Qərzəkli bitkilərin xəstəlik və zərərvericiləri ilə mübarizə və pestisidlərlə iş zamanı təhlükəsizlik qaydaları”na dair təlim keçirilib. Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssislərinin, bölgə fermerlərinin və sahibkarların iştirakı ilə keçirilib.
Tədbirdə AXA-nın Respublika Bitki Mühafizəsi Mərkəzinin şöbə müdiri Allahverdi Mustafayev qərzəkli bitkilərinin, xüsusilə fındığın əsas xəstəlik və zərərvericilərinin fenologiyası, mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi kimi prioritet mövzular üzrə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar tarla şəraitində findiq sahələrinə baxış keçiriblər. Baxış zamanı xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması qaydaları izah olunub. Həmçinin, məhsulun vaxtında və itkisiz yığilması iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, eləcə də təbii mühitin zəhərli kimyəvi maddələrdən qorunması mövzusunda təlimlərin mütəmadi keçirilməsinin vacibliyi bildirilib.
Sonda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024