Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) əməkdaşları Dünya Bankının Özbəkistanda yeni başladığı analoji layihəyə mütəxəssis köməyi göstərə bilərlər. Layihə çərçivəsində yaradılmış Pilot Qadın İnkişaf Qruplarının rəhbərləri Daşkənddə keçirilmiş Qadın Sahibkarlığı Həftəsində iştirak ediblər. Yeni yaradılmış 6 qadın qrupunun təqdimatını etməklə yanaşı, azərbaycanlı qadınlar Daşkənddə Dünya Bankının Ofisində, bir sıra başqa beynəlxalq və yerli təşkilatlarda, nazirliklərdə görüşlər keçiriblər.
Azərbaycanın fermer qadınlarını Özbəkistan Respublikası Baş nazirinin müavini və Qadın Komitəsinin Sədri xanım Tənzilə Narbayeva da qəbul edib. Xanım Narbayeva qadınların səlahiyyətlənməsi, onların bacarıqlarının artırılması, ictimai qərarvermədə iştirakı kimi məsələlərin ölkədə icra olunan bütün inkişaf layihələrində nəzərə alınmasını istədiyini bildirib. Qeyd edib ki, Qadın İnkişaf Qrupları modeli Dünya Bankı tərəfindən ayrıca layihə kimi hazırlanacaq, pilot olaraq Jizzak və Fərqanə əyalətlərində həyata keçiriləcək. Layihənin hazırlanmasında və pilotların icrasında Azərbaycan təcrübəsindən yararlanacaq.
Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi ölkədə ən geniş əhatəli və uzunmüddətli layihələrdəndir. Bütün ölkəni əhatə edən AzKİL 2005-ci ildən fəaliyyət göstərir və layihənin ikinci mərhələsi başa çatmaq üzrədir. Bu layihə çərçivəsində indiyədək kənd yerlərinin inkişafına və əhalinin məşğulluğunun artırılmasına istiqamətlənmiş 2200-dək kiçik icma əsaslı infrastruktur və gəlirgətirən layihə icra olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024