Nazirlik

Mərkəzi Aparat və Struktur

Rəhbərlik

  • A
  • A
  • A

Mərkəzi Aparat və Struktur

  • A
  • A
  • A

Tabeli Qurumlar

  • A
  • A
  • A

Regionlarda vətəndaşların qəbulu

  • A
  • A
  • A

Azərbaycan Respublikası kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Elçin Zeynalovun Respublikanın regionları üzrə 2019-cu ilin iyul-dekabr aylarında vətəndaşların qəbulu

 

QRAFİKİ

 

    

 

Vətəndaşların qəbulu təşkil ediləcək rayon mərkəzləri

Əhatə edəcək rayonlar

Vətəndaşların qəbulu tarixi

Nazir

İnam Kərimov

Gədəbəy

Daşkəsən

26 iyul

Nazir müavini

İlham Quliyev

Tovuz

Şəmkir

 Nazir müavini

 Seyfəddin Talıbov

Ağstafa

Qazax

Nazir

İnam Kərimov

 

Beyləqan

Füzuli

23 avqust

Nazir müavini

İlham Quliyev

İmişli

Saatlı

Nazir müavini

Seyfəddin Talıbov

Ağcabədi

Zərdab

Nazir

İnam Kərimov

Ağdaş

Bərdə

27 sentyabr

Nazir müavini

İlham Quliyev

Tərtər

Ağdam

Nazir müavini

Seyfəddin Talıbov

Mingəçevir

Yevlax

Nazir

İnam Kərimov

Oğuz

Qəbələ

25 oktyabr

Nazir müavini

İlham Quliyev

Qax

Şəki

Nazir müavini

Elçin Zeynalov

Zaqatala

Balakən

Nazir

İnam Kərimov

Astara

Lerik

29 noyabr

Nazir müavini

İlham Quliyev

Masallı

Lənkəran

Nazir müavini

Elçin Zeynalov

Yardımlı

Cəlilabad

Nazir

İnam Kərimov

Xaçmaz

Qusar

25 dekabr

Nazir müavini

İlham Quliyev

Quba

Şabran

Nazir müavini

Elçin Zeynalov

Siyəzən

Xızı

Nazirliyin tarixi  

  • A
  • A
  • A

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli  Sərəncamı ilə yenidən təşkil edilmişdir.

Nazirlik kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Elm və İnnovasiya Mərkəzi, rayon və şəhər Dövlət Aqrar İnkişaf Mərkəzləri, Dövlət Toxum Fondu, Respublika Süni Mayalanma Mərkəzi, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC, "Aqrar Tədarük və Təchizat" ASC, Dövlət Aqrar Ticarət Şirkəti, “Green Park Azərbaycan” MMC fəaliyyət göstərir. Nazirlik həmin xidmətlərin fəaliyyətini əlaqələndirir və onlara nəzarəti həyata keçirir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2009-cu il tarixli 392 nömrəli Sərəncamı ilə “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi özünəməxsus şərəfli bir tarixi yol keçmişdir. 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.