Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” ASC tərəfindən 2023-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlarla görüşlər keçirilib.
İlk görüş Biləsuvar rayonunda “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, Biləsuvar və ətraf rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərlərinin iştirakı ilə keçirilib. Daha sonra bu görüşlər ardıcıl olaraq bütün ölkəni əhatə etməklə davam etdirilib. Sabirabad, Füzuli, Ağcabədi, Bərdə, Şəmkir, Yevlax, Şəki, Qobustan, Siyəzən və Xaçmaz rayonlarında keçirilən görüşlərə bütün ətraf rayonlarda biçin aparacaq mexanizatorlar cəlb edilib.
Görüşlərdə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, biçin zamanı qarşıya çıxa biləcək problemlər və onların həllinə dair məsələlər müzakirə edilib. Mexanizatorların təklifləri dinlənilib. Onlara taxıl biçini zamanı biçin qaydaları bir daha izah edilərək, üzərlərinə düşən vəzifə və məsuliyyət barədə məlumatlar verilib.
Aprel ayından başlayaraq davam edən tədbirlər may ayının 30-da “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində Xaçmaz, Quba, Qusar, Xızı rayonlarında biçin aparacaq mexanitorlarla keçirilən görüşlə yekunlaşıb.
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
03 Oktyabr 2023
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edib
03 Oktyabr 2023
Nazir Məcnun Məmmədov İslam Əməkdaşlığı Təşkilatının 9-cu Nazirlər Konfransında iştirak edib
03 Oktyabr 2023
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Zaqatalada vətəndaşları qəbul edəcək
02 Oktyabr 2023
Bu gündən Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
02 Oktyabr 2023