Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası baş tutub. Görüşün əsas məqsədi zərərvericiyə qarşı bölgədə, xüsusən də Qazax, Tovuz və Ağstafa rayonlarında görülmüş işlərin təhlili və qarşıda duran vəzifələrin müzakirə edilməsidir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin həmin rayonların icra hakimiyyətlərinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, cari ildə zərərvericiyə qarşı bioloji mübarizə tədbirləri tətbiq olunaraq Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb. Növbəti ildə bu ekoloji mübarizə üsulunun miqyasının genişləndirilməsi planlaşdırılır. Bu məqsədlə hazırda AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında Samuray arısının yetişdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin, zərərvericinin yayılma arealını və populyasiya dinamikasını izləmək üçün feromon tələlərin tətbiqi ilə aparılan monitorinqlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, il ərzində AXA tərəfindən ölkənin 51 rayonunda ümumilikdə 17 748 ədəd feromon tələ quraşdırılıb. Kütləvi aşkarlanma qeydə alınan 3303 ərazidə zəruri kimyəvi mübarizə tədbirləri icra olunub, eyni zamanda 20 mindən çox vətəndaşa zərərvericiyə qarşı mübarizə yolları barədə maarifləndirici məlumatlar çatdırılıb.
İclasın yekununda aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin təşkili və zərərvericinin yeni ərazilərə yayılma risklərinin qarşısının alınması üçün birgə fəaliyyətin davam etdirilməsinə dair müvafiq qərarlar qəbul edilib.
Balıq ovu mövsümü 1 sentyabr 2026-cı il tarixindən açıq elan olunur
01 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında işgüzar görüş keçirilib
31 Avqust 2026
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
31 Avqust 2026
Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb
28 Avqust 2026
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb
28 Avqust 2026