Qarğıdalı təbiət hadisələrinə qarşı həssas bitkidir - xüsusilə dolu, sel-subasma, fırtına, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr bu əkinlərə zərər vurur. Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir.
May ayından qarğıdalı sahələrinin sığortası başlanıb və hazırda davam etməkdədir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər qarğıdalı sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Mil-Muğan bölgəsində qarğıdalının çoxsaylı risklərdən sığortalanması 15 manat, Şirvan-Salyan bölgəsində 17 manat, Şəki-Zaqatala bölgəsində 58 manat, Qazax-Tovuz bölgəsində isə 38 manata başa gələcək.
Qeyd edək ki, qarğıdalı aqrar sığorta üzrə ən çox zərər ödənişi edilən bitkilərdəndir. ASF qarğıdalı sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 777 min manat ödənişlər həyata keçirib və bu ödənişlər hər gün artmaqdadır. Qarğıdalı sahələri üzrə ödənişlərin əsas hissəsi Balakən, Tovuz, Ağsu, Hacıqabul və Ağcabədi rayonlarında həyata keçirilib.
Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə ASF-nin rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində və «Bitkiçilik kalkulyator»u vasitəsilə ətraflı tanış olmaq mümkündür.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026