Azərbayanda dövlət güzəşti ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır. Aqrar Sığorta Fondu heyvandarlıq təsərrüfatına inəklərin tələf olması üzrə sığorta ödənişi həyata keçirib. Sumqayıt şəhərinin “Yaşıl dərə” adlanan ərazisində fəaliyyət göstərən "Qızıl Torpaq-Kəndli Fermer" MMC-nin heyvandarlıq təsərrüfatında 60-dan artıq “Holstein” və “Simmental” cinsli inək bəslənilir. Təsərrüfatda heyvanların saxlanılması üçün müvafiq şərait yaradılıb, onlara baytarlıq tələblərinə uyğun qulluq göstərilir. Təsərrüfatdakı bütün cins inəklər Aqrar Sığorta Fondunda sığortalanıb. Bir müddət əvvəl yoluxucu xəstəlik nəticəsində təsərrüfatda 2 baş inək tələf olub. Baş vermiş hadisə üzrə Aqrar Sığorta Fondu tərəfindən hər bir inəyə görə 4 500 manat olmaqla, ümumilikdə 9 000 manat sığorta ödənişi həyata keçirilib.
Qeyd edək ki, təsərrüfatda qiyməti 5000 manat olan inəklərin hər birinin illik sığortası fermerə cəmi 192 manata başa gəlib. Bu, inəyin qiymətinin cəmi 3,9%-i deməkdir. İnəklərin tələf olması nəticəsində həyata keçirilən sığorta ödənişi isə sığorta haqqından qat-qat yüksək olub.
"Qızıl Torpaq-Kəndli Fermer" MMC təsərrüfatının nümayəndələri aqrar sığorta mexanizmindən razı qaldıqlarını ifadə ediblər. Fermerlər digər təsərrüfat sahiblərinə də heyvanlarını sığortalamağı tövsiyə edirlər.
Xatırladaq ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, otdan və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardan sığortalayır. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Qaxda Aqrar Biznes Festivalı keçirilib
03 Avqust 2026
Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri intensivləşdirilir
01 Avqust 2026
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026