Aqrar Xidmətlər Agentliyi (AXA) Yay Təcrübə Proqramı təşkil edir. Proqramda Aqronomiya və Baytarlıq ixtisası üzrə ali təhsilli mütəxəssislərin iştirakı nəzərdə tutulur. Təcrübə proqramının məqsədi aqrar sahədə kadr potensialını gücləndirməklə bilik və bacarıqları artırmaq, nəzəri bilikləri praktikaya çevirməklə yanaşı müvafiq sahədə karyera imkanları yaratmaqdır. Proqram çərçivəsində iştirakçılar aqrar sahədə tətbiq edilən yeni innovativ texnologiyalarla tanış olacaqlar. Təcrübəni uğurla başa vuran iştirakçıların müsahibə yolu ilə işə qəbulunun dəyərləndirilməsi nəzərdə tutulur.
Yay Təcrübə Proqramı 2025-ci il iyul ayının 1-dən sentyabr ayının 1-dək davam edəcək. İki aylıq proqramda sahə üzrə texniki və nəzəri biliklərə malik, aktiv, təşəbbüskar və öyrənməyə həvəsli Aqronomiya və Baytarlıq ixtisaslarını bitirmiş ali təhsilli mütəxəssislər iştirak edə bilər. Proqram AXA-nın rayon (şəhər) idarələrində keçiriləcəkdir. Proqramda iştirak üçün son müraciət tarixi 25 iyun 2025-ci ildir.
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026
ADAU-da “Məzun günü” təntənə ilə qeyd olunub
24 Iyun 2026