Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") sərgisi çərçivəsində Azərbaycanda səfərdə olan Moldova Respublikası Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ilə görüşüb.
Nazir müavini onlara Caspian Agro sərgisi, həmçinin Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verib. Bildirib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlıq üçün ən perspektiv sahələrdən biridir. Nazir müavini Moldovanın üzümçülük və şərabçılıq sahəsində zəngin tarixə və uğurlu təcrübəyə malik olduğunu və bu sahədə qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.
Moldova Respublikası Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Şəkidə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
28 Oktyabr 2026
Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib
28 Oktyabr 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Cəbrayılda vətəndaşlarla görüşüb
28 Oktyabr 2026
Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb
27 Oktyabr 2026