Bakı Ekspo Mərkəzində keçirilən Caspian Agro Week sərgisi çərçivəsində keçirilən “III Beynəlxalq Aqrar İnnovasiya Forumu” panel müzakirələri ilə davam edir. Forumun ikinci hissəsində “Aqrar sektorda yerli istehsalın təşviqi və bazar imkanları”, “Afrika-Azərbaycan əməkdaşlıq imkanları”, “Aqrar sahədə ictimai kommunikasiya və media platformalarının əhəmiyyəti”, “Aqroparklar: Aqrar biznesin yeni inkişaf platforması”, “Kənd təsərrüfatında qadınlar: Potensialdan gücə” mövzuları müzakirə olunub.
“Aqrar sektorda yerli istehsalın təşviqi və bazar imkanları” mövzusunda keçirilən paneldə yerli istehsalın inkişaf perspektivləri, bazar imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrar biznes mühitinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
“Afrika-Azərbaycan əməkdaşlıq imkanları” mövzusunda keçirilən panel müzakirəsində iki region arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub. Paneldə Afrika ölkələri ilə Azərbaycan arasında aqrar sektor, logistika, ixrac potensialı və biznes tərəfdaşlıqlarının inkişafı, o cümlədən beynəlxalq ticarət platformalarının rolu, sahibkarlar arasında əlaqələrin qurulması, qarşılıqlı investisiya mühitinin təşviqi və yeni bazarlara çıxış imkanları məsələlərinə toxunulub.
“Aqrar sahədə ictimai kommunikasiya və media platformalarının əhəmiyyəti” adlı paneldə aqrar sahədə ictimai maarifləndirmə, media platformalarının rolu və rəqəmsal kommunikasiya alətlərinin kənd təsərrüfatının inkişafına təsirindən bəhs olunub. “Aqroparklar: Aqrar biznesin yeni inkişaf platforması” mövzusuna həsr edilmiş panel müzakirəsində aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu, investisiya imkanları, istehsal və emal zəncirinin inkişafı, logistika infrastrukturu və beynəlxalq əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub. Forumun növbəti “Kənd təsərrüfatında qadınlar: Potensialdan gücə” mövzusunda panel müzakirəsində aqrar sahədə qadınların rolu, onların sahibkarlıq və innovasiya fəaliyyətində iştirakı, eləcə də beynəlxalq təcrübə mübadiləsi məsələləri geniş müzakirə olunub. Paneldə qadın sahibkarlığının inkişafı, aqrar sektorda gender bərabərliyinin təşviqi və qadınların iqtisadi fəallığının artırılması istiqamətində mövcud imkanlar və çağırışlar diqqətə çatdırılıb.
“Merano Wine Fest”in təsisçisi və prezidenti ilə görüş keçirilib
26 Sentyabr 2026
Nazir Məcnun Məmmədov “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən panel sessiyada çıxış edib
25 Sentyabr 2026
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
25 Sentyabr 2026
Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib
25 Sentyabr 2026
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib
25 Sentyabr 2026