Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərindən olan qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən bioloji mübarizə tədbirləri çərçivəsində Zaqatala və Balakən rayonlarında Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb. Bununla əlaqədar olaraq bioloji mübarizə tədbirlərinin icrası və monitorinqi məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə Zaqatala və Balakən rayonlarına sahə səfəri təşkil olunub.
Təbii mühitə buraxılan samuray arılarının AXA tərəfindən laboratoriya şəraitində yetişdirilməsinə başlanılıb. Proses çərçivəsində bioloji mübarizə tədbirlərinin mərhələli şəkildə ölkənin digər regionlarında da tətbiqinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır.
Tədbir ölkə ərazisində kənd təsərrüfatı bitkilərinə ciddi iqtisadi ziyan vuran zərərvericilərə qarşı ekoloji cəhətdən təhlükəsiz, davamlı və elmi əsaslara söykənən mübarizə üsullarının tətbiqinin genişləndirilməsi məqsədi daşıyır. Bioloji mübarizə proqramı beynəlxalq təcrübəyə əsaslanmaqla həyata keçirilir və proses Türkiyədən dəvət olunmuş mütəxəssislərin müşayiəti və peşəkar tövsiyələri əsasında icra edilir.
Qeyd edək ki, Samuray arılarının tətbiqi qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsipi əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv etməklə onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır və kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə töhfə verir. Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
15 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
15 Iyul 2026
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər keçirilib
15 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göygöldə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
14 Iyul 2026
Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
14 Iyul 2026