Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində startapçılarla görüş keçirilib.
Ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal və süni intellekt texnologiyalarının tətbiqini təşviq etmək, aqrar sahədə innovasiyalara marağı artırmaq, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar startap ekosisteminin inkişafına dəstək göstərməkdir.
Görüşə ölkə üzrə süni intellektin tədris olunduğu 17 ali təhsil müəssisəsini təmsil edən 70 tələbədən ibarət 18 startap komanda qatılıb. Startapçılar kənd təsərrüfatında tətbiq edilə bilən innovativ texnoloji həllərə dair təqdimatlarla çıxış ediblər.
Startap komandaları tərəfindən təqdim olunan layihələr arasında bitkilərdə xəstəliklərin fotoşəkil əsasında müəyyənləşdirilməsinə kömək edən mobil tətbiq, suvarma sistemlərinin avtomatlaşdırılması, su hövzələrində və akvariumlarda toplanan balıq tullantılarından təbii gübrə istehsalı, heyvandarlıqda “Concox Qbit-4G” modulu əsasında yerli GPS izləmə sisteminin tətbiqi, sensor texnologiyalarına əsaslanan idarəetmə modelləri, biotexnoloji üsullarla yetişdirilən bitkilərin satışını vahid platforma üzərindən təşkil edən sistemlər, eləcə də aqrar fəaliyyətlərin ağıllı idarə edilməsini təmin edən proqram təminatları yer alıb.
Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin rəhbər və mütəxəssislərinin, tabeli qurumların nümayəndələrinin, eləcə də özəl sektor və innovasiya ekosistemi üzrə fəaliyyət göstərən 10-a yaxın Akselerasiya və İnkubasiya Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilən tədbirdə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb, ideyaların təkmilləşdirilməsi, bazar tələblərinə uyğunlaşdırılması və tətbiq imkanlarının genişləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən tövsiyələr verilib.
Qeyd edək ki, layihə çərçivəsində seçilən startap komandaları cari ilin 14-16 oktyabr tarixində keçiriləcək “5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi”ndə öz layihələrini sərgi ziyarətçilərinə təqdim edəcəklər.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026