Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir. Növbəti görüşlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub.
Sahə görüşlərinin əsas məqsədi təsərrüfatlarda aparılan işlərlə yerində tanış olmaq və onların praktiki bacarıqlarının artırılmasına dəstək göstərmək olub. Həmçinin, təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması, heyvan və bitki sağlamlığının qorunması, xəstəlik və zərərvericilərin qarşısının alınması ilə bağlı məsləhət və tövsiyələr verilib.
Proqram çərçivəsində sakinlərin təsərrüfatlarına baxış keçirilib, iri və xırdabuynuzlu heyvanların sağlamlıq vəziyyəti qiymətləndirilib, ilkin baytarlıq yardımı göstərilib. Sakinlərə heyvanların düzgün yemlənməsi və saxlanması, xəstəliklərin qarşısının alınması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlı tövsiyələr verilib.
Təsərrüfat sahibləri ilə görüşlərdə həyətyanı sahələrdə əkinlərin vəziyyəti də qiymətləndirilib, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb və bitkilərin mühafizəsi, aqrotexniki qulluq və xəstəliklərin erkən aşkarlanması ilə bağlı ətraflı məlumat verilib. Təsərrüfatların daha səmərəli idarə olunması, mövcud resurslardan düzgün istifadə və məhsuldarlığın artırılması məqsədilə fermerlərə məsləhətlər verilib.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026