Aqrar Xidmətlər Agentliyi tərəfindən gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların praktiki iş mühitinə hazırlanması və aqrar sahədə kadr potensialının gücləndirilməsi məqsədilə Yay Təcrübə Proqramı həyata keçirilib.
İki ay davam edən proqramda baytarlıq və zoomühəndislik, aqronomluq və aqromühəndislik, eləcə də torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə ali təhsil almış mütəxəssislər iştirak ediblər. Proqrama qəbul zamanı namizədlərin ixtisas üzrə nəzəri və texniki bilikləri, fəallığı, təşəbbüskarlığı, yeniliklərə açıqlığı və öyrənməyə həvəsi əsas meyarlar kimi nəzərə alınıb.
İyul ayının əvvəlində elan olunan proqrama 200-dən artıq müraciət daxil olub. Müraciətlər müvafiq meyarlar əsasında qiymətləndirildikdən sonra seçim mərhələsini uğurla keçən namizədlər Yay Təcrübə Proqramına cəlb olunublar.
Təcrübə müddətində iştirakçılar Aqrar Xidmətlər Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, struktur bölmələrinin işi və aqrar sahədə həyata keçirilən tədbirlərlə yaxından tanış olublar. Onlara müvafiq ixtisas sahələri üzrə tapşırıqlar verilib, təcrübəli mütəxəssislərin iştirakı ilə nəzəri və praktiki biliklərin artırılmasına yönəlmiş məşğələlər təşkil edilib. Həmçinin aqrar sektorda tətbiq olunan müasir və innovativ texnologiyalar, yeni iş üsulları və qabaqcıl yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.
İki aylıq proqramı uğurla başa vuran iştirakçılar arasında potensial namizədlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə təşkil edilib. Müsabiqə zamanı iştirakçıların proqram müddətində qazandıqları bilik və bacarıqlar, nümayiş etdirdikləri fəallıq, məsuliyyətlilik və peşəkar hazırlıq səviyyəsi qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən, yüksək göstəricilər nümayiş etdirən iştirakçıların müsahibə yolu ilə müvafiq vəzifələr üzrə işə qəbul imkanlarının dəyərləndirilməsi nəzərdə tutulub. Bu təşəbbüs gənc mütəxəssislərin aqrar sahəyə marağının artırılmasına, onların peşəkar inkişafına və gələcək fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinə töhfə verir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib
08 Sentyabr 2026